Bakıda ölümlə nəticələnən ağır yol qəzası törətmiş sürücü həbs edilib


Digərləri 18 Avq 2018 15:39:00 235 0

Bakıda ölümlə nəticələnən ağır yol qəzası törətmiş sürücü həbs edilib

Bakıda ölümlə nəticələnən ağır yol qəzası törətmiş sürücü həbs edilib.

Bakı. Bakıda ölümlə nəticələnən ağır yol qəzası törətmiş sürücü həbs edilib. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, avqustun 16-da saat 01:45 radələrində paytaxtın Xətai rayonu ərazisində 1995-ci il təvəllüdlü Elşən Şahverdiyev idarə etdiyi atasına məxsus “Mercedes Benz E 220” markalı "99-FN-212" dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səkidə 1985-ci il təvəllüdlü Azər Mirzəyev, 1967-ci il təvəllüdlü Fuad Şirinov və 1988-ci il təvəllüdlü Samir Mustafayevi vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər şəxslər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.