Qazaxıstan Azərbaycanla Türkmənistan arasında Xəzərin dibinin həmhüdud sahələrinin bölünməsindən sonra dəniz sərhədlərini müəyyən edəcək


Digərləri 18 Avq 2018 15:21:00 207 0

Qazaxıstan Azərbaycanla Türkmənistan arasında Xəzərin dibinin həmhüdud sahələrinin bölünməsindən sonra dəniz sərhədlərini müəyyən edəcək

Qazaxıstan Azərbaycanla Türkmənistan arasında Xəzərin dibinin həmhüdud sahələrinin bölünməsindən sonra dəniz sərhədlərini müəyyən edəcək.

Bakı. Fikrət Doluxanov - Qazaxıstan Azərbaycan və Türkmənistanla üçtərəfli formatda dənizin dibinin həmhüdud sahələrinin bölünməsindən sonra Xəzərdə yeraltı sərvətlərdən istifadə üzrə suveren hüquqlarının rəsmiləşdirilməsini başa çatdıra bilər. Trend-in məlumatına görə, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolova Qazaxıstan Baş nazirinin rəsmi saytına deyib. Z.Amanjolova bildirib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya Xəzərin suyu, dibi, yeraltı sərvətləri və hava məkanı daxil olmaqla, sahilyanı dövlətlərin dənizdən istifadə üzrə hüquq və öhdəlikləri ilə bağlı bütün məsələləri tənzimləyir: "Hövzənin bölünməsi məsələsinə aydınlıq gətirildi. 15 dəniz mili enində ərazi sularının sərhədləri müəyyən edildi. Onların xarici sərhədləri dövlət statusu alır. Ərazi sularına hər bir dövlətin müstəsna hüquqa malik olduğu 10 mil balıqçılıq zonası da daxildir. Balıq ovu razılaşdırılmış milli kvota əsasında həyata keçiriləcək. Balıqçılıq zonalarından kənarda ümumi su məkanı saxlanılır. Dövlət dəniz sərhədlərindən kənarda isə sahilyanı ölkələrin bayraqları altında üzən gəmilər sərbəst dənizçilik fəaliyyəti göstərə biləcəklər". Səfir həmçinin vurğulayıb ki, Qazaxıstan ərazinin bütün parametrləri üzrə dövlət sərhədini müəyyən edib: “Əgər Konvensiyanın imzalanmasına qədər ölkə quru sərhədlərinin hüquqi rəsmiləşdirilməsinə malik idisə, artıq Konvensiya Qazaxıstana dənizdə də sərhədlərini müəyyən etməyə imkan verir".