AKP binasına hücum edilib:


Dünya 18 Avq 2018 15:12:00 258 0

AKP binasına hücum edilib:

Türkiyənin Əskişəhər bölgəsinin Mahmudiyə mahalında hakim Ədalət və İnkişaf Partiyasının mahal idarəsinin binasına hücum edilib.

Son.az axar.az-a istinadən xəbər verir ki, gecə saatlarında naməlum şəxs partiya binasına yaxınlaşaraq, daş atmağa başlayıb.

Cinayətkar partiya binasının pəncərələrinə zərər vurub. Hadisə yerinə gələn polis əməkdaşları sözügedən şəxsin eyni zamanda MHP-dən olan keçmiş mahal sədrinin evinə də hücum etdiyini öyrənib.