Azərbaycanın ət aldığı ölkələr bəlli oldu


Digərləri 18 Avq 2018 14:37:00 271 0

Azərbaycanın ət aldığı ölkələr bəlli oldu

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana quş əti və onun əlavə məhsulların idxalı 3,2 faiz, mal əti 25,8 faiz azalıb. 

Son.az oxu.az-a istinadən bildirir ki , Dövlət Statistika Kömitəsinin rəqəmlərinə görə hesabat dövründə ölkəyə 12 mln. 140,6 min dollar dəyərində 4 min ton iribuynuzlu heyvan əti, eləcə də 16 mln. 718 min dəyərində 15 min 132 ton quş əti idxal edilib. 

Qeyd edək ki, Azərbaycan iribuynuzlu heyvan ətini əsasən Ukrayna, Hindistan, Belarus, Brazilya, Praqvay, Moldova, Almaniya, Bolqarıstan, ABŞ və Rusiyadan gətirir. Ötən il ərzində ölkəyə bu dövlətlərdən 9 milyon 222 min ton iribuynuzlu heyvan əti idxal edilib. Statistika göstərir ki, Azərbaycan ən çox mal ətini Ukrayna və Hindistandan alıb.