Gündoğan milli ilə bağlı qərarını açıqladı


İdman 18 Avq 2018 14:32:00 253 0

Gündoğan milli ilə bağlı qərarını açıqladı

Manchester City-nin futbolçusu İlkay Gündoğan Almaniya millisindəki karyerasını başa vurmağa hazırlaşmır.

Goal.az-ın məlumatına görə, bu barədə 27 yaşlı yarımmüdafiəçi özünün "İnstagram" hesabında yazıb. O, əsas hədəfinin Çempionlar Liqasının qalibi olmaq və milli ilə daha bir kubok qazanmaq olduğunu bildirib.

Qeyd edək ki, İlkay Gündoğan, Məsut Özil  və Everton-un hücumçusu Cenk Tosunla birlikdə Londonda R. T. Ərdoğanla görüşmüşdü. Buna görə Özil və Gündoğan Almaniyada sərt tənqid olunmuşdu.  Özil  Almaniya ictimaiyyətinin ona göstərdiyi irqçi münasibətə görə yığmadakı karyerasını başa vurmuşdu.