“Moody’s” və “Standart&Poors” Türkiyənin kredit reytinqini aşağı saldı


Dünya 18 Avq 2018 14:12:00 271 0

“Moody’s” və “Standart&Poors” Türkiyənin kredit reytinqini aşağı saldı

Beynəlxalq reytinq agentlikləri olan "Moody's" və "Standart&Poors" (S&P) Türkiyənin kredit reytinqini aşağı salıb.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə hər iki agentlik birgə məlumat yayıb. 

S&P-dən bildirilib ki, Türkiyənin uzunmüddətli xarici valyutada kredit reytinqi "BB-"dan "B+"a, uzunmüddətli milli valyutada olan kredit reytinqi isə "BB"dən "BB-"a endirilib. Ölkənin reytinq üzrə proqnozu isə sabit olaraq saxlanılıb.

Bunudan əlavə "S&P" Türkiyənin qısamüddətli yerli və xarici valyutalardakı kredit reytinqini "B" səviyəsində müəyyən edib.