Bakılı kəşfiyyatçı Rixard Zorgenin işi haqqında sənədlərdən “gizli” qrifi götürüldü


Digərləri 18 Avq 2018 13:52:00 348 0

Bakılı kəşfiyyatçı Rixard Zorgenin işi haqqında sənədlərdən “gizli” qrifi götürüldü

Yaponiya hökuməti İkinci Dünya müharibəsi illərində hər vəchlə Rixard Zorgenin işi barədə məlumatların KİV-ə sızmasının qarşısını almağa çalışıb. Bu, o zamanlar ölkənin Ədliyyə Nazirliyinin altıncı cinayət şöbəsinə başçılıq etmiş Taydzo Otaya məxsus sənədlərin açıqlanmasından sonra məlum olub.

RİA "Novosti" xəbər verir ki, sənədlər Otanın yaxınları tərəfindən Dövlət parlament kitabxanasına təqdim edilib.

Zorgenin qrupu 1941-ci ilin oktyabr ayında həbs olunub, onun mövcudluğu barədə ilk xəbəri isə Ədliyyə Nazirliyi yalnız 1942-ci ilin may ayının 16-da verib. Daxili istifadə üçün nəzərdə tutulmuş sənədlərdə sərt senzuranın tətbiqi barədə göstəriş mövcuddur və bununla bağlı Ədliyyə Nazirliyinin mövqeyi əks olunub. Misal üçün, qrupun üzvlərindən biri olmuş Kinkadzu Sayondzi haqqında deyilir ki, onun DİN-dəki vəzifəsi barədə məlumatlar ləğv edilməli, "vacib sirli iş" söz birləşməsindəki "vacib" kəlməsi silinməlidir.

Bu cür təhlükəsizlik tədbirləri onunla bağlı ola bilər ki, Sayondzi imperatorun on müşavirindən biri, bir vaxtlar ölkənin baş naziri olmuş Kimmoti Sayondzinin nəvəsi idi.

"Mayniti" və "Asahi" qəzetlərində mayın 17-də dərc olunmuş məqalələrdə həmin şərtlər artıq icra edilmişdi və bu onun bariz nümunəsidir ki, o vaxtlar KİV-də ciddi senzura tətbiq olunurdu.


Xəbərə aid foto