Türkmənistan Xəzər iqtisadi forumuna hazırlıq işlərinə başladı


Digərləri 18 Avq 2018 12:52:00 318 0

Türkmənistan Xəzər iqtisadi forumuna hazırlıq işlərinə başladı

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 2019-cu ildə Xəzər iqtisadi forumunun keçirilməsi üçün hazırlıq işlərinə başlamaq tapşırığı verib.

Son.az bildirir ki, bu barədə Trend "Neytral Türkmənistan" qəzetinə istinadən məlumat verir.

Dövlət başçısı, həmçinin Xəzərdə təhlükəsizliyin təmini üzrə fəaliyyəti aktivləşdirməyi, o cümlədən dənizdə axtarış-xilasetmə işləri haqqında beştərəfli sazişin hazırlanmasında fəal iştirak etməyi tapşırıb.

B.Berdiməhəmmədov bildirib: "Biz Xəzər dənizində elmi tədqiqatların aparılması haqqında beştərəfli sazişin hazırlanmasında da iştirak etməliyik".