Polşada ukraynalıları aparan avtobus aşıb:


Dünya 18 Avq 2018 12:47:00 256 0

Polşada ukraynalıları aparan avtobus aşıb:

Polşada ukraynalıları aparan avtobus qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, ekskursiya avtobusu ölkənin Karpataltı vilayətində yamaca aşıb. Nəticədə 3 nəfər ölüb, 51 nəfər xəsarət alıb.

Ukrayna qeydiyyatında olan avtobus Lvovdan turistləri Slovakiya sərhədinə aparırmış. Nəqliyyat vasitəsində uşaqlar da olub.

Yaralılardan 9-nun vəziyyəti ağırdır.