Simone Dzadza İtaliyaya qayıtdı


İdman 18 Avq 2018 12:50:00 305 0

Simone Dzadza İtaliyaya qayıtdı

Valencia klubunun italiyalı forvardı Simone Dzadza karyerasını Torino-da davam etdirəcək.

Dzadza İspaniya klubuna keçənə qədər West Ham United, Juventus, Sassuolo, Askoli, Viareco, Juve Stabiya, Sampdoriya və Atalanta-nın heyətində çıxış edib.

27 yaşlı futbolçu 2017/18-ci illər mövsümündə İspaniya çempionatında keçirdiyi 33 oyuna (23-nü əsas heyətdə) 13 qol vurub və bir məhsuldar ötürmə edib.

Ötən mövsüm Torino İtaliya A Seriyasında 10-cu yeri tutub. Klub mövsümü 13 qələbə, 15 heç-heçə və 10 məğlubiyyətlə başa vurub.