Qorxunc qəza: 34 avtomobil toqquşdu


Digərləri 18 Avq 2018 12:17:00 213 0

Qorxunc qəza: 34 avtomobil toqquşdu

Türkiyənin İnegöl bölgəsində 1 tır, 3 avtobus və 30 avtomobilin toqquşması ilə zəncirvari qəza baş verib.

Son.az bildirir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 20-dən artıq şəxs yaralanıb.

Məlumata görə, dövlət nömrə nişanı müəyyən edilməyən maşınlardan biri yola tökülən mazutun üzərində sürüşüb və hadisə nəticəsində 34 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə yerinə gələn təcili yardım briqadaları yaralıları xəstəxanaya yerləşdirib. /publika.az


Xəbərə aid fotolar