Manchester City gənc futbolçusunu icarəyə verdi


İdman 18 Avq 2018 12:12:00 230 0

Manchester City gənc futbolçusunu icarəyə verdi

Şotlandiyanın Celtic klubu İngiltərənin Manchester City komandasının futbolçusu Daniel Arzanini icarəyə götürüb. 

Goal.az klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 19 yaşlı avstraliyalı yarımmüdafiəçi iki mövsüm Şotlandiya klubunda çıxış edəcək. 

Qeyd edək ki, Manchester City Daniel Arzanini bu yay Avstraliyanın Melburn klubundan heyətinə qatıb. Avstraliya yığmasının da şərəfini qoruyan oyunçu Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının ən gənc futbolçusu kimi tarixə düşüb. Mundial başladığı vaxt o, 19 yaş 5 ay 10 günündə olub.