Mingəçevirdə yol qəzası baş verib,


Digərləri 18 Avq 2018 11:57:00 256 0

Mingəçevirdə yol qəzası baş verib,

Mingəçevir şəhərində yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin Samux küçəsində baş verib.

Belə ki, "VAZ 21015" markalı avtomobil "Hundai" markalı maşına çırpılıb. Qəza nəticəsində "Hundai" markalı avtomobil yol kənarındakı su arxına düşüb.

Hadisə zamanı hər iki sürücü - Şəki rayon sakini Akif Səfərov və Mingəçevir şəhər sakini Eyyub Rəşidov yüngül xəsarət alıblar. Onlara yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.