Gəncədə arvadı və qayınatasını öldürən şəxs tutulub


Digərləri 18 Avq 2018 11:54:00 228 0

Gəncədə arvadı və qayınatasını öldürən şəxs tutulub

Gəncədə arvadı və qayınatasını öldürən şəxs tutulub.

Bakı. Gəncədə arvadı və qayınatasını öldürən şəxs tutulub. Gəncə şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, avqustun 18-i saat 01 radələrində Daşkəsən rayonu, Xoşbulaq kənd sakini, 1990-cı il təvəllüdlü Məsim Məmmədovun ailə-məişət münasibətləri zəminində qayınatası Namiq Əkbərovu və arvadı İlahə Əkbərovanı qəsdən öldürmək məqsədilə sonuncuların Gəncə şəhərində yaşadıqları ünvana gələrək odlu silahdan atəş açmaqla öldürərək hadisə yerindən özünə məxsus avtomobillə qaçması faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.