Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir


Digərləri 18 Avq 2018 11:42:00 210 0

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.

Son.az bildirir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edəcək.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.