Xaçmaz avtovağzalında köşkdən


Digərləri 18 Avq 2018 11:32:00 271 0

Xaçmaz avtovağzalında köşkdən

Xaçmaz rayonunda oğurluq etmiş şəxs saxlanılıb.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, avqustun 13-də Xaçmaz rayonu Qımılqışlaq kənd sakini Zaur Mustafayev rayon Polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək üç gün əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən avtovağzal ərazisində icarə əsasında işlətdiyi köşkdən 2500 manat və 1700 rubl pulunun oğurlandığını bildirib.

Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Şirin Həsənli saxlanılıb.