Yerevan Şəhər Şurası seçkilərinin vaxtı açıqlandı: Paşinyan komediya aktyorunu mer görmək istəyir


Digərləri 18 Avq 2018 11:18:46 212 0

Yerevan Şəhər Şurası seçkilərinin vaxtı açıqlandı: Paşinyan komediya aktyorunu mer görmək istəyir

Növbədənkənar Yerevan Ağsaqqallar Şurası (Şəhər Şurası) seçkiləri sentyabrın 23-də keçiriləcək.

Bakı. Növbədənkənar Yerevan Ağsaqqallar Şurası (Şəhər Şurası) seçkiləri sentyabrın 23-də keçiriləcək. Trend-in məlumatına görə, bunu Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan deyib. Avqustun 16-də Ermənistan hakimiyyəti Yerevan Şəhər Şurasının buraxılması haqqında qərar qəbul edib. Buna səbəb şuranın paytaxtın yeni merini seçə bilməməsi olub. A.Smbatyanın sözlərinə görə, partiyalar seçkilərdə iştirak etmək üçün sənədləri avqustun 29-u təqdim etməlidirlər, son qeydiyyat müddəti 3 sentyabrdır. Seçkiqabağı kampaniya isə sentyabrın 10-dan başlayacaq.