Dağıntılar altında içində bir ailə ata, ana və 9 yaşlı oğulları olan avtomobil tapıldı


Dünya 18 Avq 2018 11:02:00 268 0

Dağıntılar altında içində bir ailə  ata, ana və 9 yaşlı oğulları olan avtomobil tapıldı

Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün dağılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ərazidə axtarış-xilasetmə işlərini davam etdirən işçilər bildiriblər.

Dağıntılar altında içində bir ailə - ata, ana və 9 yaşlı oğulları olan avtomobil tapılıb.

Bundan əvvəl hadisə nəticəsində 38 nəfərin həlak olduğu deyilirdi. İki nəfər itkin düşmüş hesab edilir.