FIFA 4 klubu cəzalandırdı


İdman 18 Avq 2018 10:49:00 276 0

FIFA 4 klubu cəzalandırdı

FIFA İntizam Komitəsi 4 klubu futbolçuların maaşlarını ödəmədiyinə görə cəzalandırıb.

Goal.az qurum saytına istinadən xəbər verir ki, Qətərin "Qətər" və Birləşmiş Ərəb Əmirliklərinin "Shabab Al-Ahli" klublarına 26,5 min avro, Qətərin digər təmsilçisi "Al-Shamal" 13,2 min, İranın "Saba Kom" klubu isə 8,8 min avro məbləğində cərimələnib.

Bütün klublar 90 günədək oyunçulara olan borcları ödəməlidirlər. Klublar bu öhdəliyi yerinə yetirməsələr daxili çempionatda 6 xalları silinəcək və onlara 4 transfer pəncərəsində cəza tətbiq olunacaq.