Gəncədə dəhşət: Kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirdi


Digərləri 18 Avq 2018 09:14:00 282 0

Gəncədə dəhşət: Kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirdi

Gəncə şəhərində ata və qızı odlu silahla qətlə yetirilib.

Son.az Report-a istinadən bildirir ki, hadisə şəhərin Bağmanlar küçəsi, birinci döngə, ev 1-də baş verib.

1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb oğlunun evinə gələrək onu, həmçinin ata evində olan 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş açaraq qətlə yetirib. Atəş zamanı pəncərə şüşəsinin qırılaraq yerə tökülməsi nəticəsində onun 1969-cu il təvəllüdlü qayınanası Əkbərova Arzu Zəfər qızı xəsarət alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, cinayəti törədən M.Məmmədov hadisə yerindən qaçıb. Hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.