Çaylarda suyun səviyyəsi dəyişdi


Digərləri 18 Avq 2018 08:51:00 212 0

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda sululuq səviyyəsi açıqlanıb

Bakı. Çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir. Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, avqustun 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 94 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 79 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 107 m3/s olmaqla, ongünlük normanın 159 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 11 m3/s təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.