Qazaxda ailənin tək oğlan övladı çayda batıb


Sosial 18 Avq 2018 08:48:12 279 0

Qazaxda ailənin tək oğlan övladı çayda batıb

Uzaqdan onun batdığını görən uşaqlar valideynlərinə xəbər veriblər

Qazax rayonunda suda boğulma hadisəsi baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, 2000-ci il təvəllüdlü kənd sakini Pənahov Sənan Natiq oğlu Kür çayının Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində çimərkən batıb.

Uzaqdan onun batdığını görən uşaqlar valideynlərinə xəbər veriblər. Kənd sakinlərinin axtarışı nəticəsində S.Pənahovun meyiti sudan çıxarılıb. Məlumata görə, Sənan ailənin tək oğlan övladı olub.

Faktla bağlı araşdırma aparılır.