Venesuelada daşqınlar: 60 mindən çox insan zərər çəkib


Dünya 18 Avq 2018 08:05:00 260 0

Venesuelada daşqınlar: 60 mindən çox insan zərər çəkib

Venesuelanın cənubunda Amasonas ştatında çayın daşmasından on minlərlə insan zərər çəkib. Bu barədə "El Nacional" qəzeti ölkə parlamentinin deputatı Romel Quzamanaya istinadla məlumat yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, deputat daşqınlar nəticəsində 60 mindən çox insanın zərər çəkdiyini deyib. O qeyd edib ki, yaranmış vəziyyətlə bağlı hərtərəfli tədbir görmək lazımdır. Kömək göstərilməsi barədə xahiş üçün Kolumbiya səfiri ilə görüş keçirilib. Deputatın sözlərinə görə, regionun rəhbərliyi böhranın öhdəsindən gələ bilmir və ştatda fövqəladə vəziyyət rejimi elan edilməlidir.