Tramp hərbi parada görə Vaşinqton rəhbərliyini ittiham edib


Dünya 18 Avq 2018 07:52:00 263 0

Tramp hərbi parada görə Vaşinqton rəhbərliyini ittiham edib

Onlar ortaya elə yüksək məbləğ qoydular ki, mən onu ləğv etdim

ABŞ prezidenti Donald Tramp noyabrın 10-da Vaşinqtonda keçirilməli olan hərbi paradın təxirə salınmasının səbəbini açıqlayıb.

Son.az "Report"a istinadən bildirir ki, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Böyük təntənəli hərbi paradın keçirilməsi xərcləri ilə bağlı onlara (Vaşinqton rəhbərliyi - red.) ünvanlanan suala cavab olaraq ortaya elə yüksək məbləğ qoydular ki, mən onu ləğv etdim", - deyə Tramp yazıb.