“Kosmos polisi”nin fəaliyyət dairəsi genişlənir


Dünya 18 Avq 2018 07:55:00 299 0

“Kosmos polisi”nin fəaliyyət dairəsi genişlənir

Beynəlxalq Elmi Şuranın nəzdində yaradılan Kosmik Tədqiqatlar Komitəsinin (COSPAR) tərkibində fəaliyyət göstərən "Kosmos polisi" adlı qurumun fəaliyyət dairəsi genişlənir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq qurumun səyləri nəticəsində kosmik tədqiqatlar zamanı "planetar karantin" məfhumu meydana gəlib. Bu karantinə əməl olunması qaydalarına nəzarəti "Kosmos polisi" həyata keçirir.

Rusiyalı bioloq Nataliya Novikovanın sözlərinə görə, "EkzoMars-2020" Rusiya-Avropa birgə missiyasının kosmik aparatının fəzaya buraxılması ərəfəsində müvafiq yoxlama keçiriləcək. "Kosmos polisi" Yerdə olan canlı həyat nümunələrinin digər planetlərə köçürülməsi prosesinin ehtimal olunan texnogen fəsadlarını araşdıracaq.

COSPAR-ın planetar mühafizə üzrə ekspert qrupunun rəhbəri Afina Kustenis sözügedən qurumun digər funksiyasını da açıqlayıb: kosmik aparatla işləyən hər hansı əməkdaş infeksion xəstəliyə tutulan zaman onu müvəqqəti olaraq kənarlaşdırır və aparatı dezinfeksiya edirlər.