Ronaldu şam yeməyində stula çıxıb mahnı oxudu VİDEO


Digərləri 18 Avq 2018 07:43:00 301 0

Ronaldu  şam yeməyində stula çıxıb mahnı oxudu  VİDEO

İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu komandanın şam yeməyi zamanı ənənəvi olaraq təşkil olunan "klub futbolçularına ithaf" prosedurundan keçib.

Son.az "Report"a istinadən bildirir ki, komanda ilə 4 illik müqavilə imzalamış 33 yaşlı futbolçu stulun üzərinə çıxaraq mahnı oxuyub.

Əksər klublarda yerinə yetirilən bu adəti kluba yeni transfer olunmuş Emre Can, Joau Kanselu və Leonardo Bonuççi də icra edib.

Portuqaliyalı futbolçu yay transfer pəncərəsində "Real"dan "Yuventus"a 112 milyon avroya transfer olunub. Onun komandada illik maaşı 30 milyon avro təşkil edəcək.


Xəbərə aid video