Yevlaxda sürücü qarşısına çıxan iti vurmamaq istərkən qəza törədib


Digərləri 18 Avq 2018 07:32:00 292 0

Yevlaxda sürücü qarşısına çıxan iti vurmamaq istərkən qəza törədib

Yevlax şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1965-ci il təvəllüdlü Yevlax şəhər sakini Əliyev Taleh Əjdər oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən anidən yola it çıxıb.

Bu zaman sürücü heyvanı vurmamaq üçün maşını kənara döndərib və idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.