Bərdənin 2 kəndində yeni içməli su infrastrukturu yaradılır (FOTO)


Digərləri 18 Avq 2018 00:15:34 243 0

Bərdənin 2 kəndində yeni içməli su infrastrukturu yaradılır (FOTO)

Bərdə rayonunun Hacılar və Arabaçılar kəndlərində yeni içməli su infrastrukturu yaradılır

Bakı. Bərdə rayonunun Hacılar və Arabaçılar kəndlərində yeni içməli su infrastrukturu yaradılır. “Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Bərdə rayonunun kəndlərində içməli su layihələrinin icrasına 2018-ci ilin iyun ayında başlanılıb. Kənd sakinlərini içməli su ilə təmin etmək üçün su mənbəyi subartezian quyuları seçilib. Layihəyə əsasən, bu kəndlərdə 2 subartezian quyusunun qazılması, 11,3 km uzunluğunda su xətlərinin, əhalinin ümumi istifadəsi üçün 54 ədəd su bulağının tikintisi nəzərdə tutulub. Hazırda kəndlərdə subartezian quyularının qazılmasına başlanılıb. Arabaçılar kəndində layihədə nəzərdə tutulan 5,4 km uzunluğunda su xətlərinin tikintisi, əhalinin ümumi istifadəsi üçün 27 ədəd su bulağının quraşdırılması işləri yekunlaşıb. Hacılar kəndində isə 5,9 km su xətlərinin və 27 ədəd su bulağının quraşdırılması işləri davam etdirilir.