Günün qoroskopu: emosional olmayın


Digərləri 18 Avq 2018 00:01:00 233 0

Günün qoroskopu: emosional olmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - yaxın ətrafınızdakı insanların planlarınıza müdaxilə etmələrinə imkan verməsəniz, çox işlər görmək olar. İşləriniz az deyil. Yığılıb qalmış məktublara cavab verin. Maraqlı məlumatlar ola bilər. Günün ikinci yarısında tək qalmaq istəyəcəksiniz. İdmanla məşğul olun. Bu zaman orqanizminizdəki endorfinlər sizə tam sakitlik qədər xoş təsir göstərəcək. Axşam saatlarında köhnə dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq.

Buğa - intuisiyanızın səsinə qulaq asın. Cari məsələlərin həllində sınanmış metodlardan istifadə edin. Sağlam məntiq, praktiki hesabların önəmi artır. Avantüralar sizi dalana apara bilər. Yerinə yetirə bilməyəcəyiniz vədlərdən uzaq olun. Günün ikinci yarısında sayıq olun. Vəziyyəti ən xırda nüanslara qədər dəyərləndirməyi bacarın. Mənasız, əsassız illüziyalara qapılmayın. İşgüzar məsəslələrdə, maliyyə müstəvisində təklifləri real qiymətləndirin. Yekun qərarın qəbulunu ertələmək də olar.

Əkizlər - önəmli, ciddi məsələlərdə tələskənliyə yorl verməyin. Rutin işlərlə kifayətlənin. Bəlirlənmiş çərçivədən kənara çıxmayın, qaydalara riayət edin.  İş yerində narahatlıq hiss edə bilərsiniz. Başqalarının müzakirələrinə qatılmayın. Günün ikinci yarısında haqq-hesab çəkilən söhbətlərdən uzaq durun. Bilavasitə öhdənizə düşən, sizə tapşırılan işləri yerinə yetirin. Tapşırıqları qulaqardına vurmayın. Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Xərçəng - dəyərlər sisteminiz bu gün problemlər yarada bilər. Dəqiq seçim etməlisiniz. Günün uğurları və uğursuzluqları məqsədə doğru irəliləyişdə seçdiyiniz kursun müəyyənləşdirilməsindən asılıdır. Günün ikinci yarısında seçim zərurəti yaranarsa, itki verəcəksiniz. Hadisələri bir qədər qabaqlayın ki, daha ciddi problemlərlə qarşılaşmayasınız. Dost məsləhəti faydalı ola bilər. Axşam saatlarında yaxşı tanıdığınız insanlarla birlikdə olun.

Şir - qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Genişmiqyaslı layihələrə başlamaq üçün münasib zaman deyil. Əhvalınızın pisləşməsi istisna deyil. Real məsələlərin həllinə başlamaq əvəzinə illüziyalara qapılmayın. Günün ikinci yarısında nəzərdə tutulmamış problemlər, əngəllər yaranacaq. Səbrli olun, soyuqqanlı davranın. Xırdalıqları nəzərdən qaçırmayın. Hətta ən önəmsiz təsir bağışlayan detal işlərinizdə ləngimələr yarada bilər. Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.

Qız - verdiyiniz sözlərə əməl edin, vədləri unutmayın. Tapşırıqları rəqiblərlə müqayisədə daha tez yerinə yetirməyə çalışın. Yeni vədlər verməyə tələsməyin. Şərtlər sürətlə dəyişəcək. Situasiyanı məntiqlə qiymətləndirin, şanslarınızdan istifadə edin. Günün ikinci yarısında maliyyə məsələlərində xüsusilə diqqətli olun. Mühüm sənədləri diqqətlə oxuyun, tələskənlik etməyin. Təcili olmayan işləri bir qədər təxirə salın.  Astagəllik etməyin.