Yeni sistem məsafədən baqajın analizini aparmağa kömək edəcək
Digərləri 17 Avq 2018 23:58:00 230 0
Rutgers, İndiana və Perdyu universitetlərinin alimlər qrupu "Wi-Fi" şəbəkəsi vasitəsilə ictimai yerlərdə partlayıcı maddələrin və kimyəvi silahın aşkarlanması metodunu hazırlayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, sistem baqajın analizi üçün kanalın vəziyyəti haqqında informasiyadan (CSI) istifadə edir, onun fəaliyyəti üçün yalnız "Wi-Fi" marşrutlayıcısı tələb olunur.
Alimlər tərəfindən sistemin çanta və plastik paketlərdə maye və bərk vəziyyətlərdə olan 15 müxtəlif obyekt üzərində sınağı keçirilib. Nəticədə sistem təhlükəli əşyaları təhlükəsizlərdən 99 faiz dəqiqliklə fərqləndirib, eləcə də obyektin tərkibinin müəyyənləşdirilməsi 97 faiz təşkil edib.
Mənbə: milli.az