Alimlər hamilələr üçün ən faydalı qidanı müəyyən ediblər


Digərləri 17 Avq 2018 23:49:00 274 0

Alimlər hamilələr üçün ən faydalı qidanı müəyyən ediblər

Yumurtanın tərkibi yod, B12 və D vitamini, dəmir, fol turşusu, xolin ilə zəngindir. Bu nəticə aparılan 18 elmi tədqiqatın yekununda əldə olunub. Bütün bunlar dəniz məhsullarının tərkibində olan uzun zəncirli yağ turşularının çatışmazlığı zamanı kömək edir.

Alimlər bununla tərkibi hamilə qadınlara lazım olan bir sıra vitamin və mikroelementlə zəngin ən faydalı qidanı müəyyən ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə gələcək anaların günlük qida rasionuna toyuq yumurtası əlavə etməklə, vaxtından əvvəl doğuş riskini azaltmaq, uşaqda çəki azlığının və hamilələrdə meydana çıxan depressiyanın qarşısını almaq olar.