Sumqayıtda insanlığa yaraşmayan hərəkət Kimliyi bilinməyən bir nəfər itin gözlərini oyub VİDEO


Digərləri 17 Avq 2018 22:35:00 303 0

Sumqayıtda insanlığa yaraşmayan hərəkət  Kimliyi bilinməyən bir nəfər itin gözlərini oyub  VİDEO

Sumqayıtda insanlığa yaraşmayan hərəkət törədilib. Son.az bildirir ki, kimliyi bilinməyən bir nəfər itin gözlərini oyub. Çəkiliş qrupumuz həmin ünvanda olub. It ilkin yardım üçün əvvəlcə Sumqayıt Şəhər Baytarlıq Idarəsinə aparılıb, daha sonra isə heyvan sığınacaqlarından birinə təhvil verilib.

Hadisəni eşidər-eşitməz üz tutduq həmin ünvana...

Gözləri və ayaqları al-qan içində olan it binanın blokunda çarəsizcə yatırdı

Bura Sumqayıt şəhəri Nizami küçəsi 5 ünvanında yerləşən yaşayış binasının bloklarından birinin içidir. Kimliyi bilinməyən bir nəfər tərəfindən sahibsiz itə qarşı sözün əsl mənasında zorakılıq tətbiq olunub. İtin gözlərini çıxarmaq istəyən şəxs onun hər iki gözünə ciddi xəsarət yetirib.

Hadisə ilə bağlı elə həmin bina sakini Sürəyya Hüseynova bizə məlumat vermişdi. Onun sözlərinə görə, işgəncə verilən it gecə saatlarında gətirilərək həmin binanın blokuna atılıb

Sahibsiz itin bu hala salınması bina sakinlərinin qəzəbinə səbəb olub.