İndoneziya sahillərində güclü zəlzələ olub


Dünya 17 Avq 2018 21:54:00 213 0

İndoneziya sahillərində güclü zəlzələ olub

İndoneziya sahillərində, adalararası Flores dənizində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) qeydə aldığı zəlzələnin dərinliyi 546 kilometr olub.

Şahidlər təkanların Bali adasında hiss edildiyini bildiriblər.