9 otaqlı ev əşyaları ilə birlikdə yanıb


Digərləri 17 Avq 2018 21:15:00 443 0

9 otaqlı ev əşyaları ilə birlikdə yanıb

Ağdam rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Böyükbəyli kəndində ümumi sahəsi 288 kv.m olan birmərtəbəli 9 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.