Bayıl sürüşmə sahəsində vəziyyət necədir? VİDEO


Digərləri 17 Avq 2018 21:20:00 440 0

Bayıl sürüşmə sahəsində vəziyyət necədir?  VİDEO

Təkcə Səbail rayonu Bayıl sürüşmə sahəsində deyil, Teleqüllənin arxa tərəfindən tutmuş, Şəhidlər Xiyabanına eləcə də Nərimanov heykəlinə qədər olan ərazidə torpaq sürüşməsi ilə əlaqədar tədqiqatlar aparılmalıdır. Son.az bildirir ki, belə bir fikirlə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli çıxış edib. Qurban Yetirmişli bildirib ki, ətraflı araşdırmanı aparaılması zərurəti ondan irəli gəlir ki riskli bölgələr əvvəlcədən müəyyənləşdirilməlidir. Belə olduqda daha düzgün qərarlar qəbul etmək və qabaqlayıcı tədbirlər görmək mümkündür. Bunun üçün müvafiq dövlət qrumuları o cümlədən Fövqaldə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müzakirələr aparılacaq.

Qurban Yetirmişlinin sözlərinə görə, Səbail rayonu Bayıl ərazisindəki tədqiqatların bir hissəsi yekunlaşıb. Hazırda Bayıl sürüşmə sahəsində stabil vəziyyət hökm sürür.

Ümumilikdə isə araşdırma işlərinin sonunda hesabat tərtib olunaraq Nazrilər Kabinetinə təqdim olunub. /xezerxeber.az