Günəşdən şəxsi həyatı ilə bağlı ETİRAF: "Həyat yoldaşımla 16 yaşımda tanış olmuşam" FOTO


Kriminal 17 Avq 2018 21:00:00 452 0

Günəşdən şəxsi həyatı ilə bağlı ETİRAF: "Həyat yoldaşımla 16 yaşımda tanış olmuşam"  FOTO

Aktrisa Günəş Mehdizadənin Son.az-a müsahibəsi.

- Günəş xanım, qısa zaman ərzində böyük populyarlıq qazandınız. Bunu nə ilə əlaqələndirirsiniz?

- Əlbəttə ki, bu şansla əlaqəlidir. Mən özümü həmişə şanslı aktrisa hesab etmişəm. Nə istəmişəmsə o mənim olub. Heç vaxt tərəddüd etməmişəm. Nəyə tərəddüd etmişəmsə o iş alınmayıb. Sənətə gələndə bilirdim ki, öz yerimi tutacağam. Sadəcə məni narahat edən filmlərlə yox, seriallar vasitəsilə tanınmağımdır. Çünki mən bu sənətə serialla yox, filmlə gəlmişəm.

- Sizi kim bu sənətə yönəldib?

- Mənim atam o vaxtı aktyorluq fakültəsində təhsil alıb, Rza Təhmasibin kursunu bitirib. İncəsənət ruhu olan insan özünü başqa sahədə tapa bilmir. O sənətdən ayrılsa da, sənət eşqi ilə yaşayıb. Atam sənətini davam etdirməsə də, sənət eşqini mənə ötürüb. Həmişə məni dəstəkləyib ki, sənətdə olum. Amma anam aktrisa yox, həkim olmağımı istəyirdi. Anamı qırmamaq üçün hər yerdə deyirdim ki, böyüyəndə həkim olacaqam. Sonradan elə oldu ki, həyat yoldaşım da məni dəstəklədi, qadağa qoymadı.

- Həyat yoldaşınızla tanış olanda artıq aktrisa idiniz?

- Xeyr, biz tanış olanda heç universitetdə oxumurdum. 16 yaşımda onu tanımışam, daha sıx münasibətlərimiz 18-19 yaşımda olub. O mənə bu sənətə gəlməyim üçün çox kömək edib, əlimdən tutub universitetə aparan insanlardan biri olub.

- Həyat yoldaşınız hansı sahədədir?

- Həyat yoldaşım səs rejissorudur. Hətta biz bir filmin çəkilişində birlikdə çalışmışıq. Mənə elə gəlirdi ki, biz dəfələrlə bir yerdə işləmişik.


Xəbərə aid fotolar