Dövlət Baytarlıq Xidməti icra başçılarına müraciət etdi


Digərləri 17 Avq 2018 20:19:00 345 0

Dövlət Baytarlıq Xidməti icra başçılarına müraciət etdi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti diri heyvanların satışının həyata keçirildiyi rayonların icra hakimiyyəti başçılarına müraciət edib. 

Qurumdan Son.az-a verilən məlumata görə, müraciətdə ölkə ərazisində mövcud olan epizootik vəziyyətin sabitliyinin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində rayonda fəaliyyət göstərən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin həyata keçirilməsinə zərurət yarandığı bildirilir.