İrandan gələn Azərbaycan vətəndaşında narkotik vasitə aşkarlanıb


Digərləri 17 Avq 2018 19:44:00 239 0

İrandan gələn Azərbaycan vətəndaşında narkotik vasitə aşkarlanıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Son.az bildirir ki, DGK-dan Trend-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın şalvarının kiçikölçülü cibində gömrük nəzarətinə bəyan edilməyən 1 büküm - xalis çəkisi 0,126 qram olan metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.