Cənubi Koreya millisində portuqal məşqçi


İdman 17 Avq 2018 19:14:00 243 0

Cənubi Koreya millisində portuqal məşqçi

Cənubi Koreya millisinin yeni baş məşqçisinin adı bəlli olub.

Goal.az xəbər verir ki, millini portuqaliyalı Paulu Bentu çalışdıracaq. Portuqaliyalı mütəxəssis bu postda Sin Txe Yonanı əvəzləyib. Bentu 2005- 2009-cu ildə Sportinq-in baş məşqçisi olub. 2010-2014-cü illərdə Portuqaliya millisini çalışdırıb. Bu komanda ilə EURO-2012-nin bürünc medalını əldə edib. Sonuncu iş yeri Çinin Çunçin Lifan klubu olub. Cənubi Koreya millisi DÇ-2018-i qrup üçüncüsü kimi başa vurub.