Özbəkistanın aparıcı kitabxanalarına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə olundu


Kriminal 17 Avq 2018 19:00:00 217 0

Özbəkistanın aparıcı kitabxanalarına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə olundu

"Azərbaycan tarixi, mədəniyyəti hər bir ölkədə" layihəsi çərçivəsində Özbəkistanın aparıcı universitetlərinin kitabxanalarına ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə olunub.

Son.az bildirir ki, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən Trend-ə verilən məlumata görə, Mirzə Uluqbek adına Özbəkistan Milli Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin kitabxanalarına hədiyyə olunması məqsədi ilə zəngin kitab kolleksiyası toplanıb.

Kolleksiyada özbək dilində Daşkənddə nəşr olunmuş "Haydar Aliyev", "İlham Aliyev o'zgarishlar jarayonidagi Prezident tasviri", professor Əli Həsənovun "Geosiyasət", "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti", "Xocalı soyqırımı", Özbək tarixçi Şuxrat Salamovun "Türkistan və Cənubi Qafqaz: Daşnaklar Fərqanədən Qarabağadək", "Qarabağ: müharibə ideyaları", özbək yazıçı Abdulvali Saybnazarovun "Xocalıda ölən insaniyyət", Nizami Gəncəvinin "Xəmsə", "Sirlər xəzinəsi", Leyli və Məcnun", "İqbalnamə", M.Füzulinin "Калб гавхари", Daşkənddə özbək dilində çapdan çıxmış Azərbaycan ədəbiyyatının antologiyaları, bir sıra tanınmış yazıçıların və şairlərin əsərləri (Bəxtiyar Vahabzadə, Anar, Yunus Oğuz, Sona Vəliyeva, Pərvin), habelə milli mədəni irsimizə dair "Azərbaycanın mədəni irsi", "Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda" və s. nəşrlər yer alıb.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Azərbaycana dair özbək dilində çoxsaylı nəşrlər Daşkənddə işıq üzü görüb.


Xəbərə aid fotolar