“Iran Khodro” Azərbaycanda istehsalatı genişləndirmək niyyətindədir


Digərləri 17 Avq 2018 19:05:00 225 0

“Iran Khodro” Azərbaycanda istehsalatı genişləndirmək niyyətindədir

İranın avtomobil istehsalçısı "Iran Khodro" Azərbaycanda istehsalın ikinci xəttini işə salmaq niyyətindədir.

Son.az bildirir ki, bunu Trend-in İrandakı xüsusi müxbirinə İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Möhsün Salehiniyə deyib.

Nazir müavininin sözlərinə görə, bu addım şirkətə Azərbaycanda istehsalatı genişləndirməyə imkan verəcək:

"Hazırda "Iran Khodro" gündəlik avtomobil buraxılışını 4-dən 8-ə qaldırmaq üçün mövcud istehsalat xəttinin gücünü artırmağı planlaşdırır. Gələcəkdə şirkət ikinci istehsalat xəttini işə salaraq ildə 2500 avtomobil istehsal etməyi nəzərdə tutur".