Müslüm Maqomayevin anım mərasimi keçirilib


Digərləri 17 Avq 2018 18:43:00 233 0

Müslüm Maqomayevin anım mərasimi keçirilib

Azərbaycanın görkəmli müğənnisi, bəstəkar, SSRİ xalq artisti, "Şöhrət" və "İstiqlal" ordenli Müslüm Maqomayevin anadan olmasının 76 illiyinə həsr olunan mərasim keçirilib. 

Son.az Report-a istinadən xəbər verir ki, I Fəxri xiyabanda baş tutan tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov, xalq artisti Eldar Quliyev və bir sıra incəsənət xadimləri iştirak ediblər. 

Tamara Sinyavskaya anım mərasiminə gələn hər kəsə öz təşəkkürünü bildirib: "Bura gələn insanlara təşəkkür edirəm ki, onlar Müslüm Maqomayevin xatirəsini özləri ilə bərabər evlərinə aparırlar, gənc nəsilə təbliğ edirlər. Bakıdakı bütün dostlara onu unutmadıqları üçün təşəkkür edirəm".

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.


Xəbərə aid fotolar