Salyanda külli miqdarda narkotik vasitələr aşkarlandı


Digərləri 17 Avq 2018 18:38:00 244 0

Salyanda külli miqdarda narkotik vasitələr aşkarlandı

Salyanda külli miqdarda narkotik vasitələr aşkarlanıb.

DİN-dən Son.az-a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Abdullayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 160 ədəd çətənə kolu, 42 ədəd çətənə kötüyü, 7,71 qram çətənə toxumu, 4 kiloqram 895 qram marixuana və 2,058 qram tiryək aşkar edilərək götürülüb.