Hərbi Hava Qüvvələri helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib (FOTO/VİDEO)


Digərləri 17 Avq 2018 18:31:00 269 0

Hərbi Hava Qüvvələri helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib (FOTO/VİDEO)

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri (HHQ) helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib.

Bakı. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri (HHQ) helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, aviasiya vasitələrinin ümumqoşun hissələrinə havadan atəş dəstəyinin həyata keçirilməsi üzrə tapşırıqlar icra edilib. Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.