İmran Xan Pakistanın yeni Baş naziri seçildi


Dünya 17 Avq 2018 18:21:00 319 0

İmran Xan Pakistanın yeni Baş naziri seçildi

Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları cümə günü keçirilən səsvermənin nəticələrinə əsasən, "Təhrik-e-İnsaf ("Ədalət uğrunda hərəkat") mərkəzçi partiyasının lideri İmran Xanı Pakistanın yeni Baş naziri seçiblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, GEO TV telekanalının yaydığı məlumata görə, 65 yaşlı İmran Xanı 176 deputat dəstəkləyib. Onun əsas rəqibi - "Pakistan müsəlman liqası" partiyasının rəhbəri Şəbhaz Şərif 96 səs yığıb.