Lənkəranda dəniz sahilində mina tapılıb (FOTO)


Digərləri 17 Avq 2018 18:13:00 247 0

Lənkəranda dəniz sahilində mina tapılıb (FOTO)

Lənkəran rayonu, dəniz sahilində 1 ədəd tank əleyhinə mina tapılıb.

Bakı. Lənkəran rayonu, dəniz sahilində 1 ədəd tank əleyhinə mina tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu barədə bu gün saat 13:20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 13:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Lənkəran rayon Polis şöbəsinin və Sahil Mühafizə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.