İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu


Digərləri 17 Avq 2018 17:43:00 240 0

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Bakı. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraiti qeyri-sabit olacaq, bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 16-21 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Avqustun 19-u axşam yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək. Aran rayonlarında avqustun 18-i gündüz yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam və avqustun 19-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.