İlk turun rəmzi komandası açıqlandı


İdman 17 Avq 2018 17:21:00 228 0

İlk turun rəmzi komandası açıqlandı

Azərbaycan Premyer Liqasında ilk turun rəmzi komandası müəyyənləşib.

Goal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, rəmzi komandada "Qəbələ" klubundan 5, "Neftçi"dən 4, "Keşlə" və "Sabah" komandalarının hərəsindən isə 1 futbolçu yer alıb.

Qapıçı: Səlahət Ağayev (“Neftçi”)

Müdafiəçilər: Anton Krivotsyuk (“Neftçi”), Kərim Diniyev (“Sabah”), Azər Salahlı (“Keşlə”), İlqar Qurbanov (“Qəbələ”)

Yarımmüdafiəçilər: Təmkin Xəlilzadə, Sabien Lilay, Lalavele Atakora (hamısı “Qəbələ”), Emin Mahmudov (“Neftçi”)

Hücumçular: Ceyms Adeniyi (“Qəbələ”), Mirabdulla Abbasov (“Neftçi”)

Qeyd edək ki, rəmzi komanda “InStat” şirkətinin təhlilinə əsasən formalaşıb.