Ağsuda yeni doğulmuş körpə dünyasını dəyişib


Digərləri 17 Avq 2018 17:13:00 287 0

Ağsuda yeni doğulmuş körpə dünyasını dəyişib

Yeni doğulmuş oğlan uşağı doğuşdan təqribən 20 dəqiqə sonra dünyasını dəyişib.

Bakı. Elçin Mehdiyev, İlhamə İsabalayeva - Ağsuda yeni doğulmuş körpə dünyasını dəyişib. Trend-in məlumatına görə, avqusutun 16-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində 1990-cı il təvəllüdlü Ağsu şəhər sakini Cəfərova Türkan Ramiz qızının təbii doğuşla dünyaya gətirdiyi körpə ölüb. Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.