Türkiyədə "Samsung" telefonları bahalaşdı


Digərləri 17 Avq 2018 16:28:00 249 0

Türkiyədə "Samsung" telefonları bahalaşdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl Amerikadan idxal etdikləri elektronika məhsullarının baykot edilməsi ilə bağlı çağırışından sonra Türkiyədə "Samsung" firmasına məxsus, demək olar ki, bütün telefon modellərində qiymət artımı müşahidə olunur.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ərdoğan çıxışında "Biz xarici valyuta ilə aldığımız hər bir məhsulun daha yaxşısını istehsal edəcəyik və satacağıq. Amerikanın elektron məhsullarını baykot edəcəyik. Onların "iPhone"u varsa, digər tərəfdə də "Samsung" var. Öz ölkəmizdə "Venus" var, "Vestel" var. Qoy nə edəcəyimizi anlasınlar", - deyə bildirmişdi.